25.08.2016

Məktəblər yeni kitablarla təmin edilir

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün  metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq  Ağstafa rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatının təşkili həyata keçirilir. Ağstafa  rayon təhsil şöbəsi 43210 ədəd yeni dərsliyin və 2232 ədəd müəllim üçün metodik vəsaitin məktəblərə çatdırılması işini həyata keçirir. Nəzərdə tutulan kitablardan 42362 ədədi Azərbaycan bölməsi, 848 ədədi isə Rus bölməsi üçündür. Dərsliklərin məktəblərə çatdırılması işi yekunlaşıb.

                                                                                                                                                 


Açar sözlər: ,