24.08.2016

Ağstafa rayonunda yeni tədris ilinə hazırlıq davam edir.

        

Ağstafa rayon Poylu kənd tam orta məktəbində 2016 – 2017-ci tədris ilinə hazırlıq məqsədi ilə təmir işləri aparılır. 49 sinif otağı, 2 labaratoriya, 1 kitabxana, 1 bufet və 1 zaldan ibarət olan Poylu kənd orta məktəbi 1977-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 2.8 hektardır.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən məktəbin dam örtüyü, pəncərələr və işıq sisteminin bir hissəsi yenilənir.


Açar sözlər: