26.08.2016

Ağstafa rayonunda 2016-cı ildə məzunların nəaliyyətləri

        2015-2016-cı tədris ilində Ağstafa rayonunda 740 şagird məktəbi bitirib. Məzunların 361-i TQDK-nın keçirdiyi Qəbul imtahanlarında iştirak edib. 236 məzun tələbə adını qazanıb. Uğur əldə edən məzunların 14-ü 600 baldan yüksək, 34-ü 500 baldan yüksək nəticə göstərib. 2014-2015 tədris ilində Ağstafa rayonunda 210 məzun tələbə adını qazanmışdısa, 2015-2016 tədris ilində 236 məzun tələbə adını qazanıb. Çox sevindirici haldır ki, keçən ilə nisbətən bu il ali məktəbə qəbul olanların sayı artıb. Qəbul imtahanlarında tələbə adını qazanan məzunları təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.