30.08.2016

Əməkdar Müəllim Səmədova İndira

        Səmədova İndira Ocaqqulu qızı 28.03.1958-ci ildə Ağstafa rayonunda anadan olub. 1965-ci ildə birinci sinifə daxil olub və 1975-ci ildə məktəbi bitirib. Elə həmin il H.Zərdabi adına Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1979-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. İlk pedaqoji fəaliyyətə 1979-cu ildə Ağstafa şəhər 1 saylı orta məktəbdə başlayıb. Müxtəlif vaxtlarda təhsil sahəsində təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb. Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 04.10.2010-cı ildə Azərbaycan Respublikasının “Əməkdar Müəllim”i adına layiq görülüb.

        İndira müəllimə pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.


Açar sözlər: