31.08.2016

Ağstafa rayon Uşaq Yaradıcılıq Mərkəzi

        Ağstafa Rayon Təhsil Şöbəsinin Uşaq Yaradıcılıq Mərkəzi 1956-cı ildən fəaliyyət göstərir. Uşaq Yaradıcılıq Mərkəzinin əsas məqsədi uşaqların dünyagörüşünü formalaşdırmaq, asudə vaxtlarının səmərəli və maraqlı təşkil etmək, istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində öz fəaliyyətlərini daha da genişləndirməkdir. Bu məqsədlə Yaradıcılıq Mərkəzində 10 qrupda 8 müxtəlif adda dərnək fəaliyyət göstərir. Valideynlərin müraciəti əsasında 5-10 yaş arası uşaqlar qəbul edilir. 10 yaşdan çox olan uşaqlar məktəblərdə dərnək müəllimləri tərəfindən seçilir. 2015-2016-cı tədris ilində 150 uşaq müxtəlif dərnəklərə cəlb olunub. Onların 29-u oğlan, 121-i qızıdır. Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri Mətanət İsayevanın dediyinə görə dərnəklərə yeni tədris ilində daha çox uşaq cəlb olunacaq.

        Ağstafa Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rayon və respublika  müsabiqələrində iştirak edib, diplom və sertfikatlara layiq görülüblər.


Açar sözlər: ,