01.09.2016

Ağstafa şəhər 1 saylı məktəb yeni tədris ilinə tam hazırdır

        Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbi 2009-cu ildə  H.Əliyev Fondu tərəfindən  yenidən tikilib. Məktəb 24 sinif otağı, 3 labaratoriya, kitabxana, idman zalı, yeməkxana, informatika kabineti, hərbi hazırlıq kabineti və akt zalından ibarət olmaqla 480 yerlikdir.  Məktəbdə 710 şagird təhsil alır. 2015-2016-cı tədris ilində məktəbi 42 məzun bitirib, qəbulun nəticəsinə görə  21 məzun tələbə adını qazanıb. 

        Yeni tədris ilində  birinci sinifə yüzdən çox  şagirdi  qəbul edəcəklərini deyən məktəbin direktor əvəzi  Sahilə Xəlilova məktəbin yeni tədris ilinə tam hazır olduğunu bildirir. Bilik gününə hazırlaşan məktəbdə təmizlik işləri aparılır.


Açar sözlər: ,