06.09.2016

Ağstafa rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

        Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən 6 sentyabr 2016 tarixində Ağstafa Rayon İcra hakimiyyəti binasının akt zalında təhsil işçilərinin sentyabr konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

        Konfransda Ağstafa Rayon  İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, RTŞ-nin rəhbəri Leyla İsayeva, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov, məktəb direktorları, təhsil işçiləri, müəllimlər, yüksək bal toplayan məzunlar və rayon ziyalıları iştirak etdilər.

        Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Lelya İsayeva öz məruzəsində son illər Ağstafa rayonunda təhsil sahəsində olan yeniliklərdən, təmir olunan məktəblərdən, məzunların nəaliyyətlərindən danışdı.

       Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxış edərək təhsil sahəsində olan yeniliklərdən danışdı və təhsil işçilərinin suallarını cavablandırdı.

        Konfransın sonunda 600 baldan yuxarı nəticə göstərən məzunlara, təhsildə yüksək nailiyyət əldə edilən müəllim və məktəb direktorlarına İcra başçısı tərəfindən fəxri fərman və müxtəlif hədiyyələr verildi.

        Xatırladaq ki, Ağstafa rayonunda məktəbi bitirən 740 məzundan 361-i qəbul imtahanlarında iştirak edib. 14 məzun 600 baldan, 34 məzun 500 baldan yüksək nəticə toplayıb. Ümumilikdə 236 məzun ali məktəblərə qəbul olub.


Açar sözlər: ,  ,