09.09.2016

Ağstafa rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək  müəllimlərin təlimi başlanılıb

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271№-li "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" qərarınına əsasən Ağstafa rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təliminə başlanılıb.

        Sentyabrın 5-də başlanan təlim, hər gün 6 saat olmaqla 6 gündən ibarətdir. Təlimdə Ağstafa rayonundan 36 müəllim iştirak edir. Təhsil Nazirliyi tərəfindən təyin edilən təlimçi Hüseynova Gülşən tərəfindən müəllimlərə dərslər keçirilir. Təlim sentyabrın 10-da yekunlaşacaq.