15.09.2016

Ağstafa rayonunun bütün məktəblərində “Bilik Günü” qeyd edilib

        Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 avqust 2014-cü il tarixli fərmanı ilə bütün təhsil müəssisələrində dərslər 15 sentyabrda başlanılır və 15 sentyabr "Bilik günü" edilib.

        Ağstafa rayonunun bütün məktəblərində “Bilik Günü” qeyd edilib. Əsaslı və cari təmir işləri aparılan məktəblər istifadəyə verilib.

        “Bilik Günü” Ağstafa şəhər I və II saylı məktəbdə xüsüsi qeyd edilib. Birinci siniflərin ifasında rəqs, şeir və musiqi nömrələri ilə tədbir davam edib. “ Bilik Günü”ndə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Leyla İsayeva və digər qonaqlar iştirak ediblər.


Açar sözlər: ,  ,