15.09.2016

Köhnəqışlaq kəndində “Bilik Günü” qeyd edilib

        Köhnəqışlaq kəndində “Bilik Günü” qeyd edilib. Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Leyla İsayeva,  Müdir müavini Tağı İmamverdiyev,  RTŞ-nin digər əməkdaşları və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri şagirdlərlə görüşüb.  Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən alınan hədiyyələr uşaqlara təqdim edilib. 

        Xatırladaq ki, Köhnəqışlaq kəndi Ermənistanla həmsərhəddə yerləşir və yaxın zamanda yeni məktəb binası şagirdlərin istifadəsinə veriləcək.


Açar sözlər: ,  ,