21.09.2016

Gənc coğrafiya  müəllimi

        Müəllimərin işə qəbulu müsabiqəsində rayon üzrə 17 müəllim işə qəbul edilib. Həmin müəllimlərin 4- ü coğrfaiya müəllimidir. Səttərova Ülviyyə də qəbul olan coğrafiya müəllimlərindən biridir. Gənc müəllimi tanıyaq.

            Hansı universiteti bitirmisiniz?

              - Azərbaycan Müəllimllər İnstitutunun Qazax filialının məzunuyam.

            Nə üçün müəllimlik ixtisasını seçmisiniz? Nə zaman qərar verdiniz ki siz müəllim olmalısınız?

            - Orta məktəbdə oxuyarkən coğrafiya fənnini çox sevirdim və qərar verdim ki, mən coğrafiya müəllimi olmalıyam. Sözsüz ki, müəllim olmağımda valideynlərimin və müəllimlərimin böyük rolu var.

            Tədris etdiyiniz məktəb sizi qane edirmi? Nə üçün Poylu kənd orta məktəbini seçmisiniz?

           - Bu iş mənim ilk pedaqoji fəaliyyətimdir və işimdən çox razıyam. Oxumağa, elmə, təhsilə bağlı olan şagirdləri gördükcə işimə daha çox bağlanıram. Mən Ağstafa rayon Vurğun qəsəbəsində yaşayıram. Poylu kəndi yaşadığım yerə yaxın olduğu üçün buranı seçmişəm.

            Gənc müəllim kimi arzunuz nədir? Həmyaşıdlarınıza nə demək istəyirsiniz? 

            - Məqsədim uşaqlara coğrafiya fənnini öyrətmək və sevdirməkdir. Arzum gələcəkdə “Əməkdar müəllim” olmaqdır. Həmyaşıdlarıma demək istəyirəm ki, peşə seçərkən düzgün peşə seçsinlər və hər şeyi vətənin, xalqın gələcək taleyi naminə etsinlər.

 


Açar sözlər: ,  ,