22.09.2016

Texniki Yaradıcılıq Mərkəzi

        Ağstafa Rayon Təhsil Şöbəsinin Texniki Yaradıcılıq Mərkəzi 1985- ci ildən fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzinin əsas məqsədi uşaqların dünyagörüşünü formalaşdırmaq, asudə vaxtlarının səmərəli və maraqlı təşkil etmək, istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində öz fəaliyyətlərini daha da genişləndirməkdir. Bu məqsədlə Yaradıcılıq Mərkəzində 10 qrupda 7 müxtəlif adda dərnək fəaliyyət göstərir. 2016-2017- ci tədris ilində 150 uşaq müxtəlif dərnəklərə cəlb olunub.

        Nəzərinizə çatdıraq ki, Ağstafa Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rayon və respublika  müsabiqələrində iştirak edib, diplom və sertfikatlara layiq görülüblər. Hazırda uşaqlar yeni lahiyə üzərində çalışırlar.


Açar sözlər: ,  ,