18.11.2016

Məktəbəhazırlıq qruplarında çalışan müəllimlər imtahan verib

Noyabrın 18-də məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Qeyd edək ki, imtahan Tovuz rayon Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbində təşkil edilib.

İmtahanda  Ağstafa rayonundan məktəbəhazırlıq qruplarında məşğələ aparan 35 nəfər müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.