21.11.2016

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib

Noyabrın 21-də Ağstafa Rayon Təhsil Şöbəsində məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib. Seminarda məktəbəhazırlıq qruplarında çalışan 35 müəllim iştirak edib.

Seminarın keçirilməsində məqsəd müəllimlərin problemlərini öyrənmək və onlara  metodiki köməklik göstərməkdir.

Seminarın təşkilatçısı Ağstafa Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Samirə Mahmudova məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin suallarını cavablandırıb.