16.12.2016

Məktəbəhazırlıq qrupları dərs vəsaitləri ilə təmin edilib

        Ümumi təhsil məktəblərində oktyabrın 1-dən fəaliyyətə başlayan məktəbəqədər hazırlıq qruplarında tədris aparan müəllim və şagirdlər üçün dekabrın 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı  Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən dərsliklər digər rayonlarla yanaşı Ağstafa rayon ümumi təhsil məktəbləri üçün də göndərilib.

        Qeyd edək ki, dərsliklər tədris olunan 4 fənn (savad təliminə hazırlıq və nitq inkişafı, ətraf aləmlə tanışlıq, təsviri fəaliyyət, məntiqi və riyazi təfəkkürün inkişafı) üzrə hər fənn üçün 2116 ədəd olmaqla göndərilib. Həmçinin qruplarda tədris aparan müəllimlər üçün də 35 ədəd Məktəbəhazırlıq Üzrə Təlimin Təşkili Metodikası (disklə birlikdə) adlı metodiki vasitə də göndərilib.