23.12.2016

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib

Dekabrın 23-də Ağstafa Rayon Təhsil Şöbəsində məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib. Seminarda məktəbəhazırlıq qruplarında çalışan 35 müəllim iştirak edib.

Seminarda müəllimlərin problemləri öyrənilib və metodiki köməklik göstərilib. Kitablardan istifadə qaydaları müəllimlərə izah edilib.

Seminarın təşkilatçısı Ağstafa Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Samirə Mahmudova və Metodikabinet müdiri İmran Nəsibov məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin suallarını cavablandırıb.