27.01.2017

8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Yanvarın 27-də 8-10, 10-12 yaş qruplarında oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışın keçiriliməsində məqsəd şahmat  idman növünün  rayonda geniş  yayılmasına  və inkişafına, bədən tərbiyyəsi və idmanın rolunun artırılmasına nail olmaq, güclü və perspektivli idmançıları aşkar etmək, qalib komandaları müəyyənləşdirib zona və Respublika yarışlarında iştirak etmək üçün hazırlamaqdır.

Yarış Ağstafa rayon Uşaq Şahmat məktəbi və Ağstafa rayon Gənclər və İdman  İdarəsi  tərəfindən həyata keçirilir. Yarışda rayon məktəblərindən 18 komanda iştirak edir.

Qeyd edək ki, yarış 5 gün davam edəcək. Birinciliyin qalibləri Ağstafa rayonu Uşaq Şahmat məktəbi və Ağstafa rayon Gənclər və İdman  İdarəsi tərəfindən təsis edilmiş diplom və müvafiq hədiyyələrlə təltif olunacaq.

 


Açar sözlər: ,