13.02.2017

Texniki- humanitar təmayüllü liseydə tarix fənnindən açıq dərs keçirilib

Fevralın 13-də Ağstafa rayon texniki- humanitar təmayüllü liseyin tarix müəllimi Xatun Məhərrəmova tərəfindən tarix fənnindən “İntibah mədəniyyəti” mövzusunda 7-ci sinifdə açıq dərs keçirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin tarix- coğrafiya fənni üzrə metodisti Təranə Abdullayeva, rayonun digər məktəblərindən müəllimlər və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Dərsdə şagirdlər 4 qrupa bölünüblər. Şagirdlərə “İntibah mədəniyyəti tariximizdə hansı izlər qoyub?” kimi tədqiqat sualı ünvanlanıb. Müasir üsullarla keçirilən dərsdə, şagirdlər qruplar şəklində işləyərək müəllimin verdiyi tapşırığa uyğun təqdimatlar ediblər. Nizami kinofilmindən videoçarxlar nümayiş olunub.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,