25.02.2017

“Xocalı soyqırımı şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb

Fevralın 25-də “Xocalı soyqırımı şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb. Rəsm müsabiqəsi Ağstafa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Fevral ayının əvvəlindən elan edilən müsabiqəyə  rayonun təhsil müəssisələri tərəfindən 300-ə qədər rəsm əsəri təqdim edilib. Rəsm müəllimlərindən ibarət komanda tərəfindən 5 ən yaxşı rəsm seçilib. Belə ki, Köhnəqışlaq kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məsumə Hüseynova I yerə, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Nərmin Paşayeva II yerə, Aşağı Göycəli kənd tam orta məktəbin8-ci sinif şagirdi Səbinə İsmayılzadə III yerə layiq görülüb.

Bundan əlavə, Ağstafa şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nərgiz Şükürova və Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi  Aysel Vəliyevanın rəsmləri bəyənilərək həvəsləndirici yerə layiq görülüblər.

Qaliblər  Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,