01.03.2017

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Martın 1-də Həsənsu kənd tam orta məktəbdə Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Məktəbin hərbi rəhbəri fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallar zamanı zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələrilə davranış qaydaları  və s. haqqında məlumat verib.

Tədbirdə məktəbin hərbi komandası fövqəladə hallar zamanı davranış qaydalarını səhnəciklər şəklində izah ediblər.


Açar sözlər: ,  ,