07.03.2017

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Martın 7-də Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi Könül Nəsirova tərəfindən biologiya fənnindən “Heyvanların qidalanması” mövzusunda 6-cı sinifdə açıq dərs keçirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin kimya-biologiya fənni üzrə metodisti Leyla Qurbanova, rayonun digər məktəblərindən müəllimlər və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Dərsdə şagirdlər “Parazitlər”, “Ot yeyənlər”, “Yırtıcılar” və “Hər şey yeyənlər” adlı 4 qrupa bölünüblər. Şagirdlərə “Nə üçün ayrı-ayrı heyvanlar müxtəlif qidalarla qidalanır?” kimi tədqiqat sualı ünvanlanıb. BİBÖ, Venn diaqramı və auksion üsulları vasitəsilə keçirilən dərsdə şagirdlər aktivlik göstəriblər.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,