11.03.2017

Hərəmiz bir ağac əkək!

Martın 11-də yazın gəlişi ilə əlaqədar olaraq Ağstafa şəhər 3 saylı tam orta məktəbdə “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib. Aksiyada məktəbin müəllim və şagirdləri iştirak edib. Məktəbin həyətyanı sahəsinə 50-yə yaxın ağac və gül kolları əkilib. Eyni zamanda əvvəlki illərdə əkilən ağac və gül kollarına qulluq edilib, həyətdə yaşıllaşdırma işləri ilə yanaşı Novruz bayramı ərəfəsində təmizlik işləri aparılıb.