13.03.2017

2 saylı tam orta məktəbdə 4-cü siniflərdə sınaq imtahanı keçirilib

Martın 13-də Ağstafa şəhər 2 saylı tam orta məktəbdə 4-cü sinif şagirdlərinin bilik səviyyəsini öyrənmək məqsədilə məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili və riyaziyyat fənnindən sınaq imtahanı keçirilib.
           Sınaq imtahanında Azərbaycan bölməsindən 81, rus bölməsindən 20, ümumilikdə 101 şagird iştirak edib. 45 dəqiqə ərzində şagirdlər 15 Azərbaycan dili,15 riyaziyyat test sualını cavablandırıblar. Nəticələr martın 15-də şagirdlərə təqdim ediləcək.


Açar sözlər: ,