14.03.2017

Şəhid Ağaəli Əliyevin doğum günü qeyd edilib

Martın 14-də Aşağı Kəsəmən kənd tam orta məktəbdə kəndin şəhidi, məktəbin məzunlarından biri olan Ağaəli Əliyevin doğum günü qeyd edilib. Tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, metodkabinet müdiri İmran Nəsibov, məktəbin pedaqoji kollektivi, şəhidin valideynləri və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəbin direktoru Mətanət Məmmədova, Ağaəli Əliyevə dərs deyən müəllimlər onun haqqında xoş xatirələrini bölüşüblər. Şagirdlər şəhidin yazdığı şeirləri səsləndiriblər. Tədbirin sonunda şəhidin portreti atasına təqdim edilib.

 


Açar sözlər: ,  ,