13.03.2017

Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib

Martın 13-də Vurğun qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi İlhamə Məhərrəmova tərəfindən məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq fənnindən “Yurdumuza yaz gəlir” mövzusunda ilk açıq məşğələ keçirilib.

Məşğələdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, direktor müavinləri və müəllimlər  müşahidəçi qismində iştirak ediblər.

Beşyaşlılar yaz fəslinin xüsusiyyətlərini izah edib, yaz fəslində olan bayramlar haqqında danışıb, bu fəsli digər fəsillərdən fərqləndirməyi bacarıblar. Eyni zamanda Novruz bayramına aid şeirlər danışıb, mahnılıar oxuyub, səhnəciklər nümayiş etdiriblər.