16.03.2017

“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib

Martın 16-da Ağstafa şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Qurbanova tərəfindən Azərbaycan dili fənnindən “Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, ibtidai siniflər üzrə metodist Samirə Mahmudova və  məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Dərsdə şagirdlər “Ulduz”, “Ay”, “Günəş”, “Səma”, ”Yer” adda 5 qrupa bölünüblər. Şagirdlərə “Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?” təqdiqat sualı ünvanlanıb. Müasir üsullar əsasında keçirilən dərsdə şagirdlər aktivlik göstəriblər. Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.

 

 


Açar sözlər: ,  ,