16.03.2017

Novruz bayramı münasibətilə tədbir keçirilib

Ağstafa şəhər 2 saylı tam orta məktəbdə  Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirlərdə məktəblilər Azərbaycan xalqının adət-ənənələrini əks etdirən səhnəciklərlə çıxış edib, şeirlər söyləyib, mahnılar oxuyublar.

Eyni zamanda məktəbdaxili rəsm müsabiqəsi keçirilib və qaliblər mükafatlandırılıb.

Tədbirlərin keçirilməsinin əsas məqsəd xalqımızın adət-ənənələrini yaşatmaq, bayram adətlərini yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.


Açar sözlər: ,  ,