17.03.2017

Məktəblilər Novruz bayramı münasibətilə n saylı hərbi hissəyə gediblər

Martın 17-də 2 saylı tam orta məktəbin şagirdləri Novruz bayramı münasibətilə n saylı hərbi hissənin əsgər və zabit heyyəti ilə görüşüblər.

Himn sədaları altında müəllimlər və şagirdlər hərbiçiləri salamlayıblar. 2 saylı tam orta məktəbin direktoru Vəfa Tağıyeva çıxış edərək hərbiçilərin bayramını təbrik edib.

Şagirdlər rəqs edib, mahnı oxuyub, şeir söyləyib və səhnəciklər nümayiş etdiriblər. Sonda şagirdlər bayram xonçalarını əsgərlərə təqdim ediblər.


Açar sözlər: ,