29.03.2017

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

Martın 29-da Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məktəblilər  arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

RTŞ-nin tərkibində yaradılmış işçi qrup tərəfindən 28 şagirdin təqdimatı dinlənilərək qiymətləndirilib.

Turun qalibi Yenigün kənd tam orta məktəbin şagirdi Faiqə Bayramova müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.


Açar sözlər: ,  ,  ,