14.04.2017

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

Aprelin 14-də şəhər 2 saylı tam orta məktəbdə Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 86-cı il dönümünə həsr edilmiş “Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Kərimova tərəfindən təşkil edilən tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları, yazıçılar birliyinin üzvləri, məktəbin pedaqoji kollektivi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsindən ibarətdir.

8-ci sinif şagirdləri Nəriman Həsənzadə yaradıcılığından bəhs edən səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər. Şairin şeirlərinə bəstələnən musiqi nümunələri şagirdlər tərəfindən ifa edilib.  Eyni zamanda şagirdlər şairin Poylu qəsəbəsindəki evini ziyarət edikləri video və şairin müsahibəsi tədbir iştirakçılarına təqdim edilib.

Şairin qələm dostları Nəriman Həsənzadə ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,