20.04.2017

Məktəbəhazırlıq qrupunda açıq məşğələ keçirilib

Aprelin 20-də Həsənsu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nəmidə Məhərrəmova tərəfindən məktəbəhazırlıq qrupunda Ətraf aləmlə tanışlıq fənnindən “İlin fəsilləri” mövzusunda açıq məşğələ keçirilib.

Məşğələdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, direktor müavinləri və müəllimlər  müşahidəçi qismində iştirak ediblər.

Beşyaşlılar ilin fəsillərini sadalayıb, fəsillərin əlamətlərini söyləyib, bir fəsli digər fəsillərdən fərqləndirməyi bacarıb, fərdi şəkildə onlara ünvanlanan sualları cavablandırıblar. Eyni zamanda fəsillərə aid şeirlər danışıb, mahnılar oxuyub, tapmacalar söyləyiblər.