21.04.2017

2 saylı tam orta məktəbdə biologiya və coğrafiya fənnindən sınaq imtahanı keçirilib

Aprelin 21-də Ağstafa şəhər 2 saylı tam orta məktəbdə 6-cı sinif şagirdlərinin bilik səviyyəsini öyrənmək məqsədilə məktəb rəhbərliyi tərəfindən biologiya və coğrafiya fənlərindən sınaq imtahanı keçirilib.

Sınaq imtahanında Azərbaycan bölməsindən 66, rus bölməsindən 14 şagird olmaqla, ümumilikdə 80 şagird iştirak edib. 45 dəqiqə ərzində şagirdlər 15 biologiya,15 coğrafiya test sualını cavablandırıblar. Nəticələr aprelin 24-də şagirdlərə təqdim ediləcək.

 


Açar sözlər: ,