08.05.2017

Ağstafa Rayon Təhsil Şöbəsində iclas keçirilib

Mayın 8-da Ağstafa Rayon Təhsil Şöbəsində iclas keçirilib. İclasda təhsil şöbəsinin müdiri, müdir müavini, şöbənin məsul şəxsləri və məktəb direktorları iştirak edib.

İclasda 4-6 may tarixlərində Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirilmənin ilkin nəticələri müzakirə edilib.

Qeyd edək ki,diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.