10.05.2017

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar dəyirmi masa təşkil edilib

Mayın 10-da şəhər 2 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar dəyirmi masa təşkil edilib.

Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru vurğulayıb ki, ümummilli lider Heydər Əliyev daim gəncliyə böyük ümid bəsləyib. Azərbaycanın gələcəyinin gənc nəsildən asılı olduğunu vurğulayan Ulu Öndər deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycan gəncləridir. Çünki, Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən asılıdır”.

Dəyirmi masa ətrafında toplaşan şagirdlər ümummilli lider Heydər Əliyev  haqqında hazırladıqları məruzələrlə çıxış edib, şeirlər səsləndiriblər.

Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film təqdim olunub.


Açar sözlər: ,