12.05.2017

Məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlərə sertifikatlar verilib

Mayın 12-də Ağstafa Rayon Təhsil Şöbəsində məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlərin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin müdiri, şöbənin məsul şəxsləri, məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan 35 müəllim iştirak edib. Müəllimlərin problemləri və təlim prosesi ilə bağlı fikirləri dinlənilib.

Eyni zamanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən imtahanda iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, imtahan noyabrın 18-də Tovuz rayon Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbində keçirilib.