25.05.2017

Məktəbəhazırlıq qrupunda açıq məşğələ keçirilib

Mayın 25-də Ağstafa şəhər 1 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Günay Rəhimova tərəfindən məktəbəhazırlıq qrupunda Ətraf aləmlə tanışlıq fənnindən “28 May-Respublika Günü” mövzusunda açıq məşğələ keçirilib.

Məşğələdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, direktor müavinləri və müəllimlər müşahidəçi qismində iştirak ediblər.

Beşyaşlılar yaşadıqları ölkənin, şəhərin adını deyib, dövlət atributlarını sadalayıb, bayraq haqqında şeirlər söyləyiblər. Müəllim  28 mayın “Respublika Günü” olduğunu beşyaşlılara mənimsətməyi bacarıb. Eyni zamanda müəllim beşyaşlılarda yorğunluğu aradan qaldırmaq üçün oyunlar oynadıb, idman hərəkətləri etdirib.