01.06.2017

“Uşaqlar dünyanın sevinci” adlı tədbir keçirilib

İyunun 1-də şəhər 1 saylı tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar dünyanın sevinci” adlı tədbir keçirilib. 

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Elnarə Məmmədova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Müəllimlər şagirdlərin yaxşı təhsil alması və cəmiyyətə faydalı şəxsiyyət yetişdirilməsi üçün əlindən gələni etməlidir- deyə qeyd edib.

Daha sonra məktəbin şagirdləri şeirlər söyləyib, mahnılar ifa ediblər. Eyni zamanda rəqs nömrələri və səhnəciklər nümayiş etdiriblər.

 


Açar sözlər: ,