08.06.2017

“Vurma və bölmənin qarşılıqlı əlaqəsi” mövzusunda “açıq dərs” təşkil edilib

İyunun 8-də Ağstafa şəhər 2 saylı tam orta məktəbin IV sinfində “Vurma və bölmənin qarşılıqlı əlaqəsi” mövzusunda “açıq dərs” təşkil edilib.

Dərsdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin direktoru və fənn müəllimləri iştirak ediblər.

“Açıq dərs”də şagirdlər “Toplama”, “Çıxma”, “Vurma” və “Bölmə” adda 4 qrupa bölünüblər. Şagirdlərə “Vurma, bölmə, toplama və çıxma əməlləri arasında hansı qarşılıqlı əlaqə var?” təqdiqat sualı ünvanlanıb. Şagirdlər qrup və fərdi şəkildə onlara ünvanlanan sualları cavablandırıblar. Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.

“Açıq dərs”in gedişi müəllimin yüksək elmi, pedaqoji hazırlığına malik olduğunu  nümayiş etdirib.  “Açıq dərs”dən sonra  onun müzakirəsi keçirilib. Müzakirədə iştirak edənlər “açıq dərs”i yüksək qiymətləndiriblər.


Açar sözlər: ,