09.06.2017

“Biz dünyanın sevinciyik” adlı tədbir keçirilib

İyunun 9-da Ağstafa şəhər 1 saylı tam orta məktəbdə birinci sinif şagirdlərinin iştirakı ilə “Biz dünyanın sevinciyik” adlı tədbir keçirilib.

Təbdirdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən məktəbin direktoru şagirdləri birinci sinfi bitirmələri münasibətilə təbrik edib.

Daha sonra şagirdlər bir il ərzində öyrəndikləri bilikləri nümayiş etdiriblər. Eyni zamanda “Qoğalın nağılı”, “Ana əsgər gedirəm” adlı ədəbi-bədii kompozisiyaları təqdim edib, müxtəlif xalqların milli rəqslərini nümayiş etirib, şeirlər söyləyib və mahnılar oxuyublar.

Sonda xatirə şəkli çəkdiriblər.

 


Açar sözlər: ,  ,