12.06.2017

“Bizim Nəriman” adlı ədəbi-bədii kompozisiya keçirilib

İyunun 12-də şəhər 1 saylı tam orta məktəbdə Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 86-cı il dönümünə həsr edilmiş “Bizim Nəriman” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin mənəvi aləminin zənginləşməsi və xalq şairinin yaradıcılığı ilə yaxından tanış etməkdir.

Tədbirdə təhsil şöbəsinin məsul əməkdaşları, yazıçılar birliyinin üzvləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Ədəbi-bədii kompozisiya şagirdlər şairin Poylu qəsəbəsindəki evini ziyarət edikləri video-çarxın təqdimatı ilə başlayıb. Şagirdlər Nəriman Həsənzadə  obrazına girərək, şairin dilindən bəzi şeirlər söyləyiblər. Şairin şeirlərinə bəstələnən musiqi nümunələri şagirdlər tərəfindən ifa edilib.

Şairin qələm dostları Nəriman Həsənzadə ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda xatirə şəkli çəkilib.

 


Açar sözlər: ,  ,