20.06.2017

Şəhər 2 saylı tam orta məktəbin  Pedaqoji Şura iclası keçirilib

İyunun 20-də şəhər 2 saylı tam orta məktəbin  Pedaqoji Şura iclası keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri və məktəbin pedaqoji kollektivi iştirak edib.

Pedaqoji Şura İclasda aşağıdakı məsələlər müzkirə edilib:

-IX siniflərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticəsi;

-Fənn olimpiadalarının nəticələri;

-Fənnlər üzrə məktəbdaxili sınaq imtahanlarının nəticələri;

-2016-2017-ci tədris ilinin yekunları.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur deyə qeyd edib. 2016-2017-ci tədris ilinində məktəbin uğurlarında danışıb. Daha sonra pedaqoji kollektivlə birlikdə qeyd olunan məslələri müzakirə ediblər.


Açar sözlər: ,