24.07.2017

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimi başlanılıb

İyulun 24-də Ağstafa rayonunda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlimlər başlanılıb. Təlimlər hər gün 6 akademik saat olmaqla 6 gün müddətində davam edəcək.

Müəllimlərə 2 qrupda dərslər keçiriləcək. Birinci qrup 24-29 iyul, ikinci qrup 31 iyul 5 avqust tarixində təlimlərə cəlb olunacaq. Hər qrupda 18 müəllim olmaqla, ümumilikdə Ağstafa rayonundan 36 müəllim məktəbəhazırlıq qruplarında dərs demək üçün təlimlərdə iştirak edəcək.

Təhsil Nazirliyi tərəfindən təyin edilən təlimçi Cəmalə Bədəlova tərəfindən müəllimlərə dərslər keçirilir. Təlimlər avqustun 5-də yekunlaşacaq.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271№-li "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" qərarınına əsasən keçirilir.