12.09.2017

Ağstafa rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Ağstafa Mədəniyyət Mərkəzində Ağstafa rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər.

Rayonun təhsil işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri  Kamran Abbasov öz məruzəsində son illər Ağstafa rayonunda təhsil sahəsində olan yeniliklərdən, təmir olunan məktəblərdən, məzunların nəaliyyətlərindən danışıb. Qeyd edib ki, cari il Ağstafa rayonunda məktəbi bitirən 701 məzundan 334-ü qəbul imtahanlarında iştirak edib. 16 məzun 600 baldan, 24 məzun 500 baldan yüksək nəticə toplayıb. Ümumilikdə 225 məzun ali məktəblərə qəbul olub.

Təhsil Nazirliyinin nümayəndəsi Rafiq Qəndilov çıxış edərək təhsil sahəsində olan yeniliklərdən danışdı və təhsil işçilərinin suallarını cavablandırıb.

Konfransda rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev çıxış edərək təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, öz tövsiyələrini bildirib.

Konfransda çıxış edən təhsil müəssisələrinin rəhbərləri rayonun abadlaşdırılması sahəsində görülmüş böyük və müsbət işi qiymətləndirərək ağstafalılara göstərdiyi diqqətə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Daha sonra təhsil şöbəsinin məsul şəxsi Əli Əliyev  konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciəti çatdırıb.

Tədbirin sonunda 600 baldan yüksəkı nəticə göstərmiş məzunlara və 2016-2017-ci tədris ilində yüksək nailiyyət əldə etmiş müəllimlərə  fəxri fərman və hədiyyələrlə təltif ediliblər.