14.09.2017

Məktəbəhazırlıq qruplarında məşğələ keçəcək müəllimlər imtahan verib

        Sentyabrın 13-də məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib. İmtahan Ağstafa şəhər 1 saylı tam orta məktəbində təşkil edilib.

        İmtahanda  Ağstafa rayonundan məktəbəhazırlıq qruplarında məşğələ aparan 35 nəfər müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

       Qeyd edək ki, məktəbəhazırlıq qrupları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən təşkil edilib. Ağstafa rayonunda 30 məktəbdə 35 qrup şəklində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Hazırlıq qruplarında 39 müəllim fəaliyyət göstərəcək.