22.09.2017

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib

Sentyabrın 22-də Ağstafa Rayon Təhsil Şöbəsində məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seminarı keçirilib. Seminarda məktəbəhazırlıq qruplarında çalışan 30 məktəb üzrə 35 müəllim iştirak edib.

Seminarda məktəbəqədər hazırlıq məşğələsinin illik tematik planı müzakirə edilib. Müəllimlərin qarşılaşdığı problemlər aradan qaldırılıb.

Seminarın təşkilatçısı Ağstafa Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Samirə Mahmudova məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin suallarını cavablandırıb.