23.09.2017

Təhsil Nazirliyinin əməkdaşları regionlarda çalışan müəllimləri qəbul edib

Senytabrın 23-də təhsil nazirliyinin əməkdaşları Ağstafa, Qazax və Tovuz rayonlarında çalışan müəlliməri qəbul ediblər.

Qəbulda Təhsil Nazirliyinin məsul şəxsi Səadət Veyisova, 6 saylı ərazi maliyyə hesablaşma idarəsinin və rayon təhsil şöbələrinin rəhbər və kadrlar üzrə məsul şəxsləri iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi və işə qəbulu, diaqnostik qiymətləndirməyə uyğun dərs bölgüsü, təhsil sənədinin tanınması və  digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar göndərilib.