26.09.2017

Şəhər 3 nömrəli məktəb əsaslı təmir edilib

Ağstafa şəhər 3 nömrəli məktəbin binası əsaslı şəkildə təmir edilərək şagirdlərin istifadəsinə verilib.

Məktəbin binası iki korpusdan ibarət olmaqla ümumi sahəsi 6076 kv metr, ümumi ərazisi isə 3,5 hektardır. 4 mərtəbədən ibarət binadada 52 sinif otağı, 2 labaratoriya, akt zalı, yeməkxana, kitabxana və oxu zalı, informatika kabineti, hərbi hazırlıq kabineti, sanitar qovşaqlar və idman zalından ibarətdir.  Məktəbin müvafiq yerlərində 20 dən çox təhlükəsizlik kameraları quraşdırılıb. Məktəb 1320 şagird yerlikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq təmir edilib.


Açar sözlər: