27.09.2017

Şəhər 2 nömrəli məktəbin direktoru birinci sinif şagirdləri ilə görüş keçirib

Sentyabrın 27-də Ağstafa şəhər 2 nömrəli məktəbin direktoru birinci sinif şagirdləri ilə görüş keçirib. Vəfa Tağıyeva birinci sinif şagirdləri ilə tək-tək tanış olub. Yeni tədris ili münasibətilə onları təbrik edib və müvəffəqiyətlər arzu edib. Çalışqanlığı ilə seçilən şagirdlərə hədiyyələr təqdim edib. Daha sonar aktivliyi zəif olan şagirdlərin valideynləri ilə görüşüb və öz tövhələrini verib.

Qeyd edək ki, şəhər 2 nömrəli məktəbdə Azərbaycan bölməsində 89, Rus bölməsində 30, ümumilikdə isə 119 şagird birinci sinifdə təhsil alır.


Açar sözlər: ,