28.09.2017

Təşkilatçı müavinlər və Uşaq birliyi rəhbərlərinin seminarı keçirilib

Sentyabrın 28-də Ağstafa Rayon Təhsil Şöbəsində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı müavinlərin və Uşaq birliyi rəhbərlərinin seminarı keçirilib.

Seminarın keçirilməsində məqsəd istedadlı şagirdlərin kəşf edilməsi, məktəblərdə tədbirlərin təşkili, şagirdlərin tədbirlərə cəlb edilməsi və sosial mediada işıqlandırılması olub.

Seminarda  təhsil şöbəsinin məsul şəxsləri və rayonun bütün təhsil müəssisələrindən olan sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı müavinlər və Uşaq birliyi rəhbərləri iştirak edib.

2017-2018-ci tədris ilində təşkilatçı müavinlərin fəaliyyət planlarına “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində yeni müddəaların daxil edilməsi və bu istiqamətdə görüləcək işlər barəsində müzakirələr aparılıb. Eyni zamanda təşkilatçı müavinlərə və Uşaq birliyi rəhbərlərinə bir sıra təlimatlar verilib.