29.09.2017

Rayon daxilində müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak edən Sənəm Namazova

Ağstafa rayon Tatlı kənd tam orta məktəbinin informatika müəllimi Sənəm Namazova:

-Mən 2016-cı oldə müəllimlərin işəqəbulu müsabiqəsində iştirak etdim. Ağstafa rayon Qarayazı qəsəbəsinə riyaziyyat müəllimi olaraq qəbul oldum. Qazax şəhərində yaşadığım üçün iş yerimə gəlib getməkdə çətinlik çəkirdim. Bir il Qarayazı qəsəbəsində kirayədə qaldım. Şagirdlərdən ayrılmaq mənə çətin idi. Ona görə də bütün çətinliklərə baxmaq tədrisə davam etdim. Bu il Təhsil Naizrliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi eyni rayon daxilində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etdim və iş yerimi yaşayış yerimə daha yaxın olan Tatlı kənd tam orta məktəbinə dəyişdim. Hal-hazırda Tatlı kənd tam orta məktəbində informatika fənnini tədris edirəm. Gedib gəlmək, uzaq məsafə problemim aradan qalxdığı üçün çox sevinirəm. Həm ailəmə yaxınam, həm də şagirdlərə. Sosial göstəriciləri nəzərə almaqla müəllimlərə yerdəyişmə imtahanında köməklik edən  Təhsil Naizrliyinə təşəkkürümü bildirirəm.


Açar sözlər: